İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “World Net Summit” onlayn konfransı keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “Net Summit LLC”nin təşkilatçılığı ilə mayın 11-15-də “World Net Summit” onlayn konfransı keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Creathink”, “Corporate Innovation Forum”, “Influencer Summit” üzrə 9 fazadan ibarət olan tədbirdə 15 ölkədən 30-dan çox spikerin çıxışı nəzərdə tutulur.

COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçiriləcək konfransda dövlətlərin pandemiya sonrası innovasiya strategiyası, investorların atacağı addımlar, “fintech”lərin bu dövrdə qarşılaşdıqları problemlər və digər bu kimi mövzular üzrə çıxışlar olacaq. Tədbirdə region dövlətlərinin innovasiya mərkəzlərinin rəsmi şəxsləri startap ekosistemi ilə bağlı son vəziyyəti müzakirə edəcəklər.

Onlayn konfrans mayın 11-də “Startup Academy” və “Monex Summit” tədbirləri ilə start götürəcək. “Startup Academy” fazası “SUP VC”nin direktoru Vüsal Kərimlinin moderatorluğu, Gürcüstan İnnovasiyalar və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze, “Startup Estonia”nın baş icraçı direktoru Maarika Truu, “Astana Hub”ın baş icraçı direktoru Jospef Ziqler, “Startup Lithuania”nın baş icraçı direktoru Roberta Rudokienenin spiker kimi iştirakları ilə baş tutacaq.

Qeyd edək ki, tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə digər fazalar barədə ətraflı məlumat əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.