REGİONLAR


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub

Bakı, 11 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev iyulun 18-də saat 11:00-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 Çağrı mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Göygöl sakinlərindən (022) 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.