İQTİSADİYYAT


Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması təşəbbüslərinə Azərbaycanın göstərdiyi dəstək barədə ekspertlərə məlumat verilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üzrə etimad-qurucu tədbiri çərçivəsində “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda AQEM üzv dövlətlərindən olan ekspertlərin onlayn görüşü keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, NRYTN-nin nümayəndəsinin moderatorluğu ilə keçən tədbirin məqsədi nəqliyyat və logistika əməliyyatlarında qabaqcıl təcrübə və informasiya mübadiləsi, mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və qeyd edilən sahədə fəaliyyət göstərən əsas iştirakçılar arasında dialoqun stimullaşdırılmasıdır.

AQEM ekspertlər görüşündə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı, eləcə də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması istiqamətində irəli sürülən yeni təşəbbüslərə ölkəmizin göstərdiyi dəstək barədə məlumat verib.

Virtual görüş “AQEM ölkələrində nəqliyyat və logistika əməliyyatlarının rəqəmsallaşdırılması sahəsində milli təcrübələr” və “Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması: AQEM ölkələri arasında əməkdaşlıq və gələcək inkişaf perspektivləri” mövzusunda sessiyalarla davam edib.

Tədbirdə AQEM ölkələrinin aidiyyəti dövlət qurumlarının, nəqliyyat və logistika şirkətlərinin, həmçinin müvafiq beynəlxalq təşkilatların nümayəndələri və müstəqil ekspertlər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.