İQTİSADİYYAT
Nəqliyyat işçilərinin orta aylıq əmək haqqı artıb
Bakı, 18 avqust (AZƏRTAC). Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7 faizi dövlət müəssisələrində, 27,3 faizi özəl bölmədə çalışıb. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3 faiz artaraq 539 manat olub. Bu göstərici hava nəqliyyatında 780 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib.
Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]