İQTİSADİYYAT


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

Bakı, 24 iyul, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti, problemləri və perspektivləri barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub. Müzakirə zamanı “beyin axını”nı Azərbaycana geri döndürmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üçün imkanların olduğu vurğulanıb.

R.Nəbiyev çıxışında ölkədə innovativ mühitin formalaşdırılmasında startapların əhəmiyyətindən bəhs edib. Nazir qeyd edib ki, istedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək.

O əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində startapçılara dəstək göstərməyə, onların inkişafına və rəqəmsal mühitin mühüm bir parçası olmalarına kömək etməyə hazırdır. Bu istiqamətdə görüşlərimizi mütəmadi davam etdirəcəyik.

“Hesab edirəm ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. Hər birinizi innovativ mühitin formalaşdırılmasında aktiv iştiraka dəvət edirəm”, – deyə nazir vurğulayıb.

Görüş iştirakçıları startap ekosisteminin inkişaf meyilləri və bu istiqamətdə qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda startapçılar minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.