REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Bakı, 13 dekabr, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 14-də saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələrilə təmin olunacaq. Bunun üçün Biləsuvar rayonunda (025) 295-13-35, Cəlilabad rayonunda (025) 245-22-48, Salyan rayonunda (021) 255-06-15, Neftçala rayonunda (021) 263-36-28, Cəbrayıl rayonu üzrə isə (026) 384-38-99 nömrəli telefonlara zəng edə bilərlər.