REGİONLAR


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Hacıqabul, 8 fevral, Mahir Babayev, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 8-də Hacıqabulda vətəndaşlarla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə nazir Ramin Quluzadə və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Hacıqabulla yanaşı, Şirvan şəhər, Sabirabad və Saatlı rayonlarının sakinlərinin də iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.