REGİONLAR


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək

Bakı, 25 iyun, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-da saat 12:00-da Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün:

Qusar rayonunda 023 3853157, Quba rayonunda 023 3355050, Xaçmaz rayonunda 023 3252218, Şabran rayonunda 023 3532004, Siyəzən rayonunda 023 3040120, Xızı rayonunda 023 3150400 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.