REGİONLAR


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xızıda vətəndaşların müraciətlərini dinləyib VİDEO

Xızı, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Yanvarın 24-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.

Görüşdə Xızı ilə yanaşı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin də sakinləri iştirak ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi və işə qəbul kimi məsələləri əhatə edib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.