REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri oktyabrın 24-də Beyləqanda vətəndaşlarla görüşəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə oktyabrın 23-də nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilərək oktyabrın 24-ü saat 12:00-a keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Beyləqan rayonunda 02122 53000
İmişli rayonunda 02124 64366
Ağcabədi rayonunda 02127 53232
Füzuli rayonunda 02631 55160
Zərdab rayonunda 02029 64299
Xocavənd rayonu üzrə 02122 35448
Laçın rayonu üzrə 02127 78202
nömrəli telefonlara zəng etmələri xahiş olunur.