REGİONLAR


Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişib

Bakı, 12 mart, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin martın 15-də Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir martın 29-da saat 12:00-da Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, “1655” Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Şabran rayonunda (023) 353-20-04, Quba rayonunda (023) 335-50-50, Qusar rayonunda (023) 385-31-57, Xaçmaz rayonunda (023) 325-22-18, Siyəzən rayonunda (023) 304-01-20 nömrəli telefonlara zəng etmələri xahiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.