DÜNYA


Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri - Nitsa

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri - Nitsa

Bakı, 8 avqust, AZƏRTAC

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərinin reytinq siyahısı tərtib olunub. Siyahıya sakinlərinin orta hesabla ildə cəmi 22 saatını tıxacda keçirən, evdən işə və geriyə ayda cəmi 40 dəqiqə sərf edən, əməkhaqlarının cəmi 1,25 faiz hissəsini nəqliyyata xərcləyən Fransanın Nitsa şəhəri başçılıq edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Euromag” jurnalının tərtib etdiyi siyahıya ümumilikdə 74 şəhər daxil edilib. Reytinqdə ikinci yeri Ekvadorun Kuenka şəhəri tutub. İlk üçlüyü İspaniyanın Bilbao şəhəri qapayır. Siyahıda dördüncü və beşinci yerlərdə müvafiq olaraq Fransanın Tuluza və İtaliyanın Katanya şəhərləri qərarlaşıb.

Qeyd edək ki, reytinq tərtib edilərkən ictimai nəqliyyatdan istifadəyə sərf olunan vaxt, dayanacaqlarda gözləmə müddəti, qət ediləcək məsafə, bir səfər üçün nəqliyyat vasitəsinin dəyişilmə sayı, həmçinin tıxacda gözləmə müddəti və orta əməkhaqqına nisbətən nəqliyyat xərclərinin qiyməti nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.