CƏMİYYƏT


Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi məsələləri müzakirə edilib

Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi məsələləri müzakirə edilib

Bakı, 14 mart, AZƏRTAC

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri iştirak edib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində son illər aparılan kompleks işlərin müsbət nəticələr verdiyini bildirib. O, müxtəlif fəaliyyət sahələrində əmək münasibətlərinin tənzimlənməsinə, qeyri-formal məşğulluğa yol verilməsi hallarının qarşısının alınmasına yönələn məqsədyönlü işlərin davam etdiyini diqqətə çatdırıb.

A.Əliyev, həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxışlarında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının bu il fevralın 22-də keçirilən iclasında verilmiş tapşırığa uyğun olaraq, nəqliyyat sahəsində də əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar. Bu sahədə qarşıda duran vəzifələr, nəqliyyat sahəsində ölkəmizdə son illər aparılan işlər və əldə olunan müsbət nəticələr qeyd edilib.

İclasda avtomobil nəqliyyatında, sərnişin və yükdaşımalar istiqamətində əmək münasibətlərinin tənzimlənməsi məsələləri, o cümlədən bununla bağlı qanunvericilik aktlarının icra vəziyyəti müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.