İQTİSADİYYAT


Nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə layihələrdə Azərbaycanın iştirakı barədə fikir mübadiləsi aparılıb

Bakı, 6 iyul, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad quruculuğu tədbiri üzrə əlaqələndirici qismində Azərbaycan Respublikasının AQEM-lə əməkdaşlığına dair məsələlər müzakirə olunub. Eyni zamanda, ölkəmizin nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı və regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.