İQTİSADİYYAT


Nəqliyyat vasitəsilə malların daşınmasına görə hansı sənəd verilməlidir?

Bakı, 20 iyun, AZƏRTAC

Mülkiyyətində olan nəqliyyat vasitəsilə malların daşınmasını həyata keçirən vergiödəyicisinə həmin malların daşınmasına görə hansı sənəd verilməlidir?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsini tərtib etmək vergiödəyicisinin vəzifələrinə aiddir.

Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergiödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.