CƏMİYYƏT


Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb

Bakı, 13 noyabr, AZƏRTAC

Abşeron rayonunda avtomobil oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 11-də Abşeron rayonunun Mehdiabad qəsəbə sakini S.İsgəndərov Digah qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilinin qaçırıldığı barədə rayon polis idarəsinə müraciət edib.

Həmin avtomobil Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Əlizadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.