CƏMİYYƏT


Nəqliyyat vasitəsini oğurlayan şəxsin həmin avtomobillə qəza törətməsi müəyyənləşdirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən oğurlanması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyənləşdirilib.

Q.İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.