CƏMİYYƏT


Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakini saxlanılıb

Bakı, 1 may, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyənləşdirilib.

Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərib. O, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd edib.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.