CƏMİYYƏT


Nəqliyyat vasitəsinin ehtiyat hissələrinin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Nəqliyyat vasitəsinin ehtiyat hissələrinin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “KamAZ 35320” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində gizlədilmiş, yük avtomobilinə aid 6 adda, ümumilikdə 43 ədəd ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.