MƏDƏNİYYƏT


Nərgiz Əliyarova və Stiven Solters Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və Belçikanın “Kraliça Elizabet” müsabiqəsinin qalibi Stiven Solters (bariton) Nyu-Yorkun Müqəddəs Mark kilsəsində konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Əməkdar artist Nərgiz Əliyarovanın rəsmi saytında və “facebook” səhifəsində yer alıb. Konsert afro-amerikalıların tarixi ayına həsr ediləcək. Stiven Solters Rusiya, Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini səsləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.