MƏDƏNİYYƏT


Nərgiz İsmayılova: VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası möhtəşəm təşkilatçılığı ilə göz oxşayır

Bakı, 6 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir çox nüfuzlu nəşriyyat təmsil olunur. Belə yarmarkalar oxucu, naşir, yazar münasibətlərinin stabilləşməsi, möhkəmlənməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Nərgiz İsmayılova söyləyib.

Tədbirin əhəmiyyətindən danışan N.İsmayılova deyib: “Sərgi-yarmarkada kitabçılığın inkişafına xidmət məqsədilə tədbirlər, yazarlarla görüşlər, imza günləri keçirilir. Endirimli qiymətlərlə ictimaiyyətə təqdim olunan əsərlər mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafına böyük xidmət göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.