Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nərgiz Paşayeva: Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam VİDEO

Moskva, 27 yanvar, AZƏRTAC

Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.

Fəxri professor diplomunu MDU-nun rektoru, akademik Viktor Sadovniçi Nərgiz Paşayevaya təqdim edərək deyib: “Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası öz yığıncağında qərara alıb: Bakı şəhərində Lomonosov adına MDU-nun filialının yaradılmasına və inkişafına, Moskva Universiteti ilə səmərəli əməkdaşlığa böyük töhfəsinə görə Nərgiz Arif qızı Paşayevaya Moskva Dövlət Universitetinin fəxri professoru adı verilsin. Bu ad onu qanun-qayda ilə müəyyən edilmiş hüquqlar, ehtiram və imtiyazlarla təmin edəcək”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva yüksək ada görə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz kəşməkəşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.

Professor Nərgiz Paşayeva deyib: “Moskva Universitetinin kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikliyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edir. Çünki universitetlər əbədidir, qalan nə varsa, tarixin böyük və kiçik epizodlarıdır”.

Nərgiz Paşayeva MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva Universitetini təbrik edib.

Rektor Nərgiz Paşayeva AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu, əsasdır. Mənə elə gəlir ki, Moskva Universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir”.

Təntənəli tədbirdə Rusiya Prezidenti Vladimir Putinin yubiley münasibətilə universitetə təbrik məktubu oxunub, qonaqlara universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim edilib, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomları ilə təltiflər olub.

Nərgiz Paşayeva ilə bərabər, almaniyalı alim, Frayberq Dağ-Mədən Akademiyasının Texniki Universitetinin rektoru Bernd Meyer də MDU-nun fəxri professoru adına layiq görülüb. İndi onların adları müxtəlif vaxtlarda bu fəxri titula layiq görülmüş başqa alimlərin və tanınmış ictimai xadimlərin adları ilə bir sırada dayanır.

Qeyd edək ki, Moskva Dövlət Universitetinin fəxri professoru adına vaxtilə fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov, riyaziyyatçı, dinamik sistemlər və diferensial tənliklər nəzəriyyəsi, diferensial geometriya və topologiya üzrə mütəxəssis, akademik Dmitri Anosov, Dnestryanı Dövlət Universitetinin fəxri prezidenti, fizik Stepan Beril, AFR-in Axen Texniki Universitetinin professoru Tomas Qris, Hindistanın mərhum baş naziri İndira Qandi, çex mənşəli ABŞ psixoloqu və psixiatrı, transfərdi psixologiyanın banilərindən və şüurun dəyişkən hallarının öyrənilməsinin pionerlərindən biri Stanislav Qrof, Belarus Dövlət Universitetinin rektoru Leonid Dyatçenko, qlyasiologiya, geologiya, geofizika, ekologiya sahələri üzrə mütəxəssis Mixail Zalixanov, riyaziyyatçı alim Leonid Kantoroviç, Skopyedə (Makedoniya) Müqəddəs Kirill və Mefodi adına Universitetin professoru Maksim Karanfilovski, Delft Texniki Universitetinin professoru, bioloq Solomon Kroonenberq, ilk qadın kosmonavt, texniki elmlər namizədi Valentina Tereşkova, görkəmli yazıçı Çingiz Aytmatov, amerikalı alim-bioloq, Nobel mükafatı laureatı Uoston Jeyms, britaniyalı fizik və radiobioloq, Nobel mükafatı laureatı Rotblant Josef layiq görülüblər.

Moskva Dövlət Universiteti 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçi çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyətinin vasitəsilə biliklərə yiyələnir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb