İDMAN


Nəriman Abdullayev: Əsas məqsəd dünya çempionatında mükafatçılar sırasında yer almaqdır

Bakı, 20 avqust, Leyla Qurbanova, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan yığma komandasının dünya çempionatına hazırlıq xarakterli təlim-məşq toplanışı davam edir. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlığa 16 idmançı qatılıb. Əsas məqsəd dünya çempionatında mükafatçılar sırasında yer almaqdır.

Bu sözləri boks üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçisi Nəriman Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi bütün çəki dərəcələrində ən güclü boksçular təmsil edəcəklər. Boks dünyada çox populyar olduğu üçün yarışlarda güclü rəqabət var. Yığma komandamızın hazırlığı yüksək səviyyədə davam edir. Çalışacağıq ki, bu nüfuzlu turnirdə Azərbaycanı hər çəki dərəcəsində ən güclü boksçular təmsil etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.