MƏDƏNİYYƏT


Nəriman Əbdülrəhmanlının hekayəsi İran ədəbiyyat portalında

Bakı, 1 iyun, AZƏRTAC

Təbrizin populyar “Tabrizema” (Bizim Təbriz) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının “Yarımçıq gün” hekayəsinə yer ayırıb.

AZƏRTAC xəbər verir ki, səhifədə yazıçının yaradıcılığına dair geniş məlumat da yerləşdirilib.

Qeyd edək ki, dünya mədəniyyəti və ədəbiyyatı yeniliklərini mütəmadi olaraq işıqlandıran “Tabrizema” portalı İranla yanaşı, xaricdə yaşayan güney azərbaycanlılar tərəfindən də izlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.