ELM VƏ TƏHSİL
Nəriman Nərimanov haqqında afişa bərpa edilib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin hədiyyələr və xatirə əşyaları fondunda 1917-ci il fevralın 7-nə aid Nəriman Nərimanovun “Xalq evinin vəzifə və məqsədi” mövzusunda oxuyacağı mühazirə haqqında afişa mühafizə olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, eksponat bərpa laboratoriyasına daxil olarkən 4 hissəyə qatlanmış, qat kəsən hissələri cırılıb itmişdi. Kənarları boyunca itkilər kağızın əzilməsinə səbəb olmuşdu. Arxa vərəqində yapışdırıcı lentdən istifadə edilmişdi.
Afişa muzeyin bərpa laboratoriyasının bərpaçı-rəssamı Rəvanə Abbasova tərəfindən bərpa edilib. Onun mühafizə edilməsi üçün xüsusi qovluq hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]