ELM VƏ TƏHSİL


Nəriman Nərimanova həsr olunan elmi konfransın materialları dərc edilib

Bakı, 23 fevral, AZƏRTAC

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçiriləcək “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” mövzusunda elmi konfransın materialları dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, topluda respublikanın müxtəlif elm və təhsil müəssisəsinin əməkdaşlarının 28 məruzəsinin tezisləri dərc olunub. Tezislərdə Nəriman Nərimanovun zəngin və çoxşaxəli fəaliyyəti müxtəlif aspektdən nəzərdən keçirilir. Bu sırada görkəmli dövlət xadiminin istər ictimai-siyasi fəaliyyəti və baxışları, istər maarifçilik sahəsində xidmətləri, istər ədəbi yaradıcılığı, istər elmi-nəzəri görüşləri, istər tibb sahəsində qələminin məhsulu, istər dilçilik fəaliyyəti ilə bağlı maraqlı məruzələrin tezisləri yer alıb.

“Nəriman Nərimanov irsi təhsilalanların şəxsiyyətinin formalaşdırılmasının nəzəri mənbəyi kimi”, “1920-ci illər Azərbaycanının ictimai-siyasi həyatında Çin izi”, “Nəriman Nərimanovun elmi-nəzəri görüşləri”, “Nərimanov irsi və müasirlik”, “Nərimanovun ədəbi-siyasi fəaliyyətində azərbaycançılıq və milli özünüdərk”, “Nəriman Nərimanov 1918-ci il soyqırımı haqqında”, “Təhsil tariximizin fədailəri”, “Türkçülük və Nəriman Nərimanov”, “Nəriman Nərimanovun maarifçilik fəaliyyətinin əsas istiqamətləri və tarixi əhəmiyyəti”, “Nəriman Nərimanovun Türkiyə siyasəti”, “N.Nərimanovun ictimai-siyasi fəaliyyətində Azərbaycan neft məsələsi”, “Nəriman Nərimanovun “Nadir Şah” tarixi faciəsində Nadir Şah hökmdar və ata kimi”, “Nəriman Nərimanovun dilçilik sahəsində xidmətləri” və digər mövzularda maraqlı məruzələrin tezisləri topluda dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.