Nərimanov rayon kitabxanası “Əsgərin kitab rəfi” aksiyasına qoşulub
AzerTAg.az
Bakı, 3 avqust, AZZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi əsgərlərimizin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə marağının artırılması məqsədilə həyata keçirilən “Əsgərin kitab rəfi” aksiyasına qoşulub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən elmi, bədii, publisistik və digər janrlarda toplanmış 470 nüsxə kitab Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına hədiyyə edilib. Ümumilikdə kitabxana tərəfindən 1438 kitab Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına hədiyyə edilib.
Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilən ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.


Xəbərin mətnində orfoqrafik səhv var