CƏMİYYƏT


Nərimanov rayon məktəbliləri arasında keçirilmiş “Bir fırça-min dünya” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 6 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin həyətində şagirdlər arasında keçirilən “Bir fırça-min dünya” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə şagirdlərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi daşıyıb.

Mükafatlandırma mərasimində çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalib gəlmiş şagirdləri təbrik ediblər. Qeyd edilib ki, təbiət insanların sağlamlığı üçün ən önəmli amillərdəndir. Yəni ekoloji cəhətdən və havası təmiz olmayan mühitdə insan heç vaxt sağlam ola bilməz. Elə buna görə də həm özümüzün, həm də ailəmizin, ümumiyyətlə hər birimizin sağlam olması üçün ilk növbədə təbiəti təmiz saxlamalı, ona mənfi təsir göstərməməliyik. Təbiəti qorumaq, onu təmiz saxlamaq hər birimizin mənəvi borcudur.

Sonda rəsm müsabiqəsində fərqlənən və qalib gələn şagirdlər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.