CƏMİYYƏT


Nərimanov rayon prokurorluğu çoxmərtəbəli binadan yıxılan fəhlə ilə bağlı məlumat yayıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.