CƏMİYYƏT


Nərimanov rayon sakinindən tapança aşkarlanıb

Bakı, 16 fevral, AZƏRTAC

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində mütəmadi qaydada həyata keçirilən əməliyyat və profilaktiki tədbirlər uğurla nəticələnir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb. Ondan “Browing” markalı tapança, bir patron darağı və üç patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.