CƏMİYYƏT


Nərimanov rayonunun gəncləri “Cəsur kadet” sınaq günlərində fəal iştirak ediblər

Bakı, 16 may, AZƏRTAC

Hərbi Qənimətlər Parkının yanında hazırlanan xüsusi zonada Gənclər və İdman Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan “Cəsur kadet” sınaq günlərində Nərimanov rayonunun gəncləri fəal iştirak ediblər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

Rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal gəncləri tamaşaçı qismində, 193 nömrəli tam orta məktəbin “Şahin” hərbi-idman oyunlarının komandası öz gücünü sınayıb.

Qaliblər müxtəlif diplomlar ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.