CƏMİYYƏT


Nərimanov rayonunda 5 oktyabr – Müəllimlər Günü münasibətilə bilik yarışı keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyətində 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayondakı orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışı keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, yarışın açılış mərasimində Nərimanov rayon gənclər və idman idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Nəcəf Novruzov və BŞGİBİ-nin məsul əməkdaşı Samir Kazımov çıxış edərək Müəllimlər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb, onlara pedaqoji fəaliyyətdə uğurlar arzulayıblar.

Yarışda rayondakı orta ümumtəhsil məktəblərindən 23 gənc müəllim iştirak edib. Yekunda 37 saylı tam orta məktəbin müəllimi Aynurə Abbasova, 45 saylı tam orta məktəbin müəllimi Ceyhun Həsənov və 93 saylı tam orta məktəbin müəllimi Səbinə Salmanova müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Sonda yarışın qaliblərinə, həmçinin yüksək fəallığı ilə fərqlənən beş müəllimə diplom, medal və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.