CƏMİYYƏT
Nərimanov rayonunda “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
“Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində 202 saylı tam orta məktəbdə tədbir keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin məqsədinin yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği ilə bağlı ekoloji aksiyaların təşkili olduğu diqqətə çatdırılıb.
Diqqətə çatdırılıb ki, bu gün ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində əksini tapıb. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasətdə ətraf mühitin qorunması baxımından fəaliyyətin əlaqələndirilməsinə, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqinə, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi tərəqqiyə, resurslardan səmərəli istifadəyə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.