CƏMİYYƏT
Nərimanov rayonunda “O səs məktəblilər” adlı mahnı müsabiqəsinə start verilir
Bakı, 18 may, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında “O səs məktəblilər” adlı mahnı müsabiqəsinə start verilir.
AZƏRTAC Nərimanov Rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, müsabiqədə dörd münsif öz komandasına şagirdləri cəlb edəcək və güclü bir komanda yaradacaq. Sonda Nərimanov rayon məktəbləri üzrə ən yaxşı səsə malik olan şagird məlum olacaq. Eyni zamanda, müsabiqə şagirdlərin sosial ictimai həyatda qazandıqları uğurlardan biri olacaq.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin adları, soyadları, təvəllüdləri, oxuduğu sinfi, əlaqə nömrəsi və ifa edəcək mahnının adı mayın 26-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin email ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqənin seçim mərhələsi mayın 27-dən iyunun 7-dək, yarımfinal və final mərhələsi isə iyunun 11-12-də keçiriləcək.