CƏMİYYƏT


Nərimanov rayonunda "Evrika" liseyinin şagirdləri arasında üzgüçülük üzrə yay turniri keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

"Evrika" liseyinin hovuzunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Evrika” liseyinin birgə təşkilatçılığı ilə liseyin şagirdləri arasında üzgüçülük üzrə yay turniri keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, yay tətili zamanı uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi idmana cəlb olunması istiqamətində Nərimanov Rayon Gənclər və İdman İdarəsi hər həftə bir sıra idman yarışları, turnirlər, təlimlər, seminarlar və sair tədbirlər keçirir.

Sonda dörd yaş qrupu üzrə qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar və medallar, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.