İQTİSADİYYAT
Nərimanov rayonunda bir neçə ünvanda abad həyətlər salınmışdır
Bakı, 19 fevral (AZƏRTAC). Ötən il Nərimanov rayonunun abadlaşdırılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a demişlər ki, K.Rəhimov küçəsi 13, Ə.Əbdülrəhimov küçəsi 120a, 126a, M.K.Atatürk prospekti 4,6 nömrəli ünvanlarda abad həyətlər salınmışdır.
Həmçinin Heydər Əliyev prospekti 76, A.Nemətulla küçəsi 20B, 23, F.Xosyki prospekti 121A, 123, Ə.Rəcəbli prospekti 18, 20, 24, Ə.Əbdülrəhimov küçəsi 126A, A.M.Cümə küçəsi 7A, K.Rəhimov küçəsi 13, E.İsaqzadə adına yaşayış sahəsi 6, 7, 8, 9, 10-cu köndələn, X.R.Ulutürk və digər ünvanlarda məhəllədaxili yollara 419 min 200 kvadratmetr sahəyə asfalt örtük çəkilmişdir.
Məişət tullantılarının daşınması üçün 300 ədəd 1 kubmetr həcmli yeni konteynerlər gətirilmiş və xidməti ərazidə yerləşdirilmişdir.