CƏMİYYƏT


Nərimanov rayonunda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 26 iyun, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə Aşıq Molla Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun və sərnişinləri N.Canıyevin, M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində sonuncunun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.