CƏMİYYƏT


Nərimanov rayonunda dörd kiloqrama yaxın heroini satmaq istəyən şəxs saxlanılıb VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb. Axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan heroin aşkarlanıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, T.Məcidov xarici ölkələrdən birinin şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakıya gətirilməsinə kömək edib. Saxlanılan şəxs həmin əcnəbi vətəndaşın tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməyi planlaşdırıb. O, ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. T.Məcidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.