CƏMİYYƏT


Nərimanov rayonunda evdən pul oğurlayan şəxs saxlanılıb

Bakı, 9 fevral, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları məbləğində pul oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyənləşdirilib və o saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.