CƏMİYYƏT


Nərimanov rayonunda məktəblilər arasında bilik yarışı keçirilib

Bakı, 12 may, AZƏRTAC

Nərimanov rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblilər arasında bilik yarışı keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nərimanov filialında keçirilən yarışda idarənin rəisi Nəcəf Novruzov və universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyinin direktoru Tahir Süleymanov Ümummilli Lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu qeyd ediblər.

Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində başladığı quruculuq işlərindən bəhs edən çıxışçılar deyiblər ki, məhz bugünkü firavan həyatımız onun gərgin əməyinin nəticəsidir.

Tədbirdə Ümummilli Liderimizin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Yarışda rayon ərazisində yerləşən 16 orta ümumtəhsil məktəbindən 32 nəfər şagird iştirak edib.

Yarışın yekun nəticəsinə görə, birinci yeri Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdi Əli Nəbriyev, ikinci yeri Vətən Müharibəsi Qəhrəmanı həmin məktəbin şagirdi Məmməd Rzayev, üçüncü yeri isə 207 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Qurbanova tutublar.

Sonda qalib gələn şagirdlər idarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Həmçinin 10 şagirdə yaxşı nəticə göstərdiklərinə görə fəxri fərmanlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.