CƏMİYYƏT


Nərimanov rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 24 yanvar, AZƏRTAC 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə yanvarın 22-də saat 10-dan 23-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, cinayət əməlini törətdiyini etiraf edib.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.