CƏMİYYƏT


Nərimanov rayonunda onmərtəbəli binanın mansardında yanğın baş verib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində - İbrahim Paşa Dadaşov küçəsində yerləşən onmərtəbəli mansard tipli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub. Yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sakinlər təxliyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyi yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişlərdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park olunmasını xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.