CƏMİYYƏT


Nərimanov rayonunda şəhid ailələrinin üzvləri pulsuz göz müayinəsindən keçiblər

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşkilatçılığı ilə onun deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində şəhid ailələrinin, qazilərin, habelə seçicilərin karantin rejiminin qaydalarına uyğun olaraq pulsuz göz müayinəsi təşkil edilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsünün və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən xeyriyyə hərəkatının davamı olaraq "Dünyagöz" xəstəxanasının iştirakı ilə keçirilən müayinə zamanı 100-ə yaxın vətəndaş yerində yüksək səviyyədə müayinə olunub, onlara ilkin diaqnoz qoyulub.

Bundan başqa, əlavə müayinəyə və müalicəyə ehtiyacı olan şəxslərin təkrar müayinəsi də təşkil edilib.

Şəhid ailələri, qazilər, habelə ərazidə yaşayan vətəndaşlar təşkil edilmiş tədbirə görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.