CƏMİYYƏT


Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb

Bakı, 26 may, AZƏRTAC

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 min kvadratmetr olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000 kvadratmetr hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki nəfər əməkdaşı yüngül xəsarət alıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.