CƏMİYYƏT
Nərimanov rayonunda soyğunçuluq etmiş şəxs saxlanılıb
Bakı, 30 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qızıl boyunbağısını aldığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]