İDMAN


Nərimanov rayonunda tələbə qızlar arasında voleybol yarışının qalibi müəyyənləşib

Bakı, 13 may, AZƏRTAC

45 nömrəli tam orta məktəbdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (qızlar) arasında voleybol üzrə Nərimanov rayonu üzrə yarış keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində müasir müstəqil dövlətimizi quran və onun inkişaf yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Qeyd edilib ki, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyi barədə Ulu Öndərin müdrikcəsinə söylədiyi fikirlər 44 günlük Vətən müharibəsində gerçəkləşib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu müqəddəs missiyanı gerçəkləşdirib, məcburi köçkün həmvətənlərimizin doğma yurda qayıdışına imkan yaradılıb.

Yarışda 8 komanda - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Qərbi Kaspi Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dillər Universitetinin, “Odlar Yurdu” Kollecinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin komandaları iştirak ediblər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası yarışda birinci olub. Azərbaycan Dillər və Bakı Avrasiya universitetlərinin komandaları ilk üçlükdə yer alıblar.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.