CƏMİYYƏT


Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 6 may, AZƏRTAC

Bakının Nərimanov rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ata vəsiyyətinin təntənəsi" adlı xatirə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Dövlət Xor Kapellasının ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclis sədrinin müavini Adil Əliyev və digərləri çıxış edərək, Heydər Əliyev kimi Ulu Öndərimizin və Müzəffər Ali Baş Komandan kimi rəhbərimizin olmasını xalqımız, millətimiz üçün əsl xoşbəxtlik kimi qiymətləndiriblər. Çıxış edənlər, həmçinin qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolundan və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlərdən danışıblar.

Tədbirdə Ümummilli Liderə həsr olunan şeirlər səsləndirilib, maraqlı musiqi kompozisiyaları ifa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.