İQTİSADİYYAT


Nərimanov rayonundakı Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Nərimanov rayonundakı Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 2-si saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.