İQTİSADİYYAT


Nərimanov rayonundakı yarmarkada sakinlərə sərfəli qiymətlərlə keyfiyyətli məhsullar təqdim olunur

Bakı, 9 mart, AZƏRTAC

Dövlət başçısının tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində, o cümlədən Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun “Gənclik” stansiyasının çıxışı) Novruz yarmarkası davam edir.

AZƏRTAC xəbər verir ki, yarmarkada respublikanın müxtəlif rayonlarından gətirilmiş 100-dək çeşiddə, 25 min tondan çox kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, həmçinin bazardakından ucuz qiymətə əhaliyə təqdim olunur.

Bayram yarmarkasında qiymətlərin tənzimlənməsi mexanizminə xüsusilə nəzarət olunur. Bu cür satış yarmarkalarının keçirilməsində əsas məqsəd sakinləri seçim müxtəlifliyi ilə təmin etmək, sərfəli qiymətlərlə keyfiyyətli məhsullar təqdim etməkdir.

Xatırladaq ki, martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda respublikanın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.