CƏMİYYƏT


Nərimanov və Beyləqan rayonlarında mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 5 iyun, AZƏRTAC 

Nərimanov və Beyləqan rayonlarında mağazalardan oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.X.Xoyski küçəsində yerləşən mağazada Bakı şəhər sakini Z.Qasımovun pulqabısından 800 manat oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.İsmayılov Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Martın 14-də Beyləqan rayonu ərazisindəki mağazaların birindən 2418 manat dəyərində spirtli içki, tütün məmulatı, müşahidə kamerası və yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Ağalarov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.